Bəşəriyyətin indiyədək çıxardığı bütün qızıl bir kubun içinə sığardı

Bəşəriyyət tarix boyu təxminən 222 600 ton qızıl hasil edib. Bütün qızıl bir yerə toplansaydı, cəmi 22,6 metrlik kub əmələ gətirərdi.

74

Minilliklər boyu sərvətin ən mühüm simvollarından biri sayılan qızıl təsəvvür ediləndən xeyli az həcm tutur. Bəşəriyyət tarix boyu Yer kürəsindən çıxarılan bütün qızılı bir yerə toplasaydı, hər tərəfi cəmi 22,6 metr olan kub əldə edilərdi.

MSNews.az xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının son məlumatlarında bildirilir.

2026-cı ilin ikinci rübünün sonuna olan hesablamaya əsasən, tarix boyu dünyada təxminən 222 600 ton qızıl hasil edilib. Maraqlıdır ki, bunun təxminən üçdə ikisi 1950-ci ildən sonrakı dövrdə çıxarılıb.

Qızılın sıxlığının olduqca yüksək olması səbəbindən bu nəhəng kütlə həcm baxımından gözlənildiyindən çox az yer tutur. Dünya Qızıl Şurasının hesablamasına görə, indiyədək çıxarılan qızıl əridilərək vahid kub halına gətirilsəydi, onun uzunluğu, eni və hündürlüyü təxminən 22,6 metr olardı. Bu isə təqribən 7–8 mərtəbəli binanın hündürlüyü ilə müqayisə edilə bilər.

Qızılın başqa bir özəlliyi onun faktiki olaraq məhv olmamasıdır. Buna görə də tarix boyu hasil edilmiş qızılın böyük hissəsi bu gün də müxtəlif formalarda mövcuddur.

Hazırkı ehtiyatların təxminən 99 700 tonu zərgərlik məmulatlarının, 39 min tonu mərkəzi bankların ehtiyatlarının, 47 800 tonu isə külçə və sikkələrin payına düşür. Dünya üzrə fiziki qızıl ehtiyatlarının ümumi dəyəri 2026-cı ilin II rübünün sonunda təxminən 29 trilyon dollar qiymətləndirilib.

Müqayisə üçün, 2025-ci ildə dünya mədənlərində təxminən 3 672 ton qızıl hasil olunub.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.