Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi olur

Türkiyə Futbol Federasiyası Sergen Yalçınla milli komandanın baş məşqçisi vəzifəsi üçün razılığa gəlib. Təcrübəli mütəxəssisin təyinatının oktyabrın 20-də rəsmən açıqlanması gözlənilir.

12

Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi vəzifəsi üçün Sergen Yalçınla razılığa gəlib. Təcrübəli mütəxəssisin Vinçenso Montellanı əvəzləyəcəyi və yaxın saatlarda təyinatının rəsmən açıqlanacağı bildirilir.

MSNews.az xəbər verir ki, bu barədə Türkiyənin “Habertürk” telekanalı oktyabrın 19-da məlumat yayıb. Nəşrin məlumatına əsasən, TFF rəhbərliyi Sergen Yalçınla razılıq əldə edib.

Federasiyanın İdarə Heyətinin oktyabrın 20-də keçirəcəyi iclasdan sonra təcrübəli mütəxəssisin adının rəsmən elan olunması gözlənilir.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası oktyabrın 10-da yaydığı rəsmi açıqlamada italiyalı mütəxəssis Vinçenso Montella ilə əməkdaşlığın başa çatdırıldığını elan edib.

Qərar Türkiyə millisinin UEFA Millətlər Liqasında ardıcıl dörd məğlubiyyət almasından sonra qəbul olunub. Montella 2023-cü ilin sentyabrından milli komandaya rəhbərlik edirdi.

Sergen Yalçın isə daha əvvəl İstanbulun “Beşiktaş” klubunu çalışdırıb. O, 2020/2021 mövsümündə komanda ilə Türkiyə çempionluğunu və ölkə kubokunu qazanıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Xəbər lenti