Azərbaycanla Türkiyə arasında viza rejimi tətbiq olunur?

Azərbaycan və Türkiyə arasında viza rejiminin tətbiq ediləcəyi barədə iddialar yayılıb. Lakin rəsmi mənbələrə əsasən, iki ölkə arasında 90 günlük vizasız gediş-gəliş rejimi qüvvədədir.

9

Azərbaycan və Türkiyə arasında viza rejiminin tətbiq ediləcəyi barədə məlumat yayılıb. Lakin hazırda bu iddianı təsdiqləyən rəsmi qərar aşkarlanmayıb. Hər iki ölkənin vətəndaşları üçün 90 günlük vizasız gediş-gəliş rejimi qüvvədə qalır.

MSNews.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytında Türkiyə qarşılıqlı vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr sırasında göstərilir. Mövcud qaydalara əsasən, vətəndaşlar qarşı tərəfin ərazisində 90 günədək vizasız qala bilərlər.

Xatırladaq ki, Azərbaycan və Türkiyə arasında qarşılıqlı vizadan azadetmə haqqında saziş 2020-ci il avqustun 13-də qüvvəyə minib.

2021-ci il aprelin 1-dən isə iki ölkənin vətəndaşlarına birbaşa səfərlər zamanı biometrik şəxsiyyət vəsiqələrindən istifadə etmək imkanı yaradılıb.

Mövcud qaydalara görə, üçüncü ölkə üzərindən səfər zamanı xarici pasport tələb olunur.

Hazırda Azərbaycan və Türkiyə arasında vizasız rejimin ləğv edilməsi və ya yeni viza tələbinin tətbiqi barədə rəsmi açıqlama müəyyən edilməyib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Xəbər lenti