Rusiyanın “Coca-Cola” qadağası Gürcüstanın içki ixracatını üç dəfə azaltdı

Rusiyanın Gürcüstan istehsalı olan “Coca-Cola”nın idxalını məhdudlaşdırmasından sonra iki ölkə arasında şirinləşdirilmiş içki ticarəti kəskin azalıb. Oktyabrda Rusiyaya ixrac 1,7 min tona düşüb.

75

Rusiyanın Gürcüstan istehsalı olan “Coca-Cola” içkilərinin idxalına məhdudiyyət tətbiq etməsindən sonra Gürcüstandan Rusiyaya şirinləşdirilmiş alkoqolsuz içkilərin ixracı üç dəfə azalıb. 2026-cı ilin oktyabrında tədarükün həcmi 1,7 min tona düşüb.

MSNews.az xəbər verir ki, bu barədə “TASS” agentliyi Gürcüstanın Milli Statistika Xidmətinin (Geostat) məlumatlarına istinadən xəbər yayıb.

Statistikaya əsasən, 2026-cı ilin oktyabrında Gürcüstandan Rusiyaya 1,7 milyon dollar dəyərində 1,7 min ton şirinləşdirilmiş içki ixrac edilib. 2025-ci ilin eyni ayında isə bu göstərici 5,1 min ton və 3,9 milyon dollar təşkil edib.

Beləliklə, ixracın fiziki həcmi təxminən 67 faiz, pul ifadəsində dəyəri isə 56 faiz azalıb.

Rusiyanın istehlakçı hüquqlarına nəzarət qurumu Rospotrebnadzor oktyabrın əvvəlində Gürcüstanın bir sıra şirkətlərinin məhsullarının ölkəyə idxalını və satışını məhdudlaşdırıb.

Qadağaya Gürcüstanda istehsal olunan “Coca-Cola”, “Nabeqlavi” mineral suyu, eləcə də bəzi Gürcüstan istehsalı olan şərab və pivə məhsulları daxil edilib.

Rusiya tərəfi qərarı məhsulların müəyyən keyfiyyət və təhlükəsizlik göstəricilərinin mövcud tələblərə uyğun gəlməməsi ilə əsaslandırıb. Bu barədə Gürcüstanın “Civil Georgia” nəşri də məlumat yayıb.

Gürcüstanın ümumi şirinləşdirilmiş içki ixracı isə oktyabrda 12,3 milyon dollar dəyərində 10,6 min ton təşkil edib.

Ən çox məhsul Azərbaycana – 2,1 min ton göndərilib. Sonrakı yerlərdə Qazaxıstan (1,8 min ton), Rusiya (1,7 min ton), Özbəkistan və Ermənistan (hər biri 1,2 min ton) qərarlaşıb.

Qeyd edək ki, ixracın azalması idxal məhdudiyyətləri fonunda qeydə alınsa da, azalmanın nə qədər hissəsinin birbaşa “Coca-Cola” qadağasından qaynaqlandığı ayrıca müəyyən edilməyib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti