İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edir.

76

Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edir.

MSNews.az xəbər verir ki, iclas MDB ölkələrinin dövlət başçılarının iştirakı ilə “Avaza” Kompleksində keçirilir.

Məhdud tərkibdə keçirilən görüşdə Birlik çərçivəsində əməkdaşlığın əsas istiqamətlərinin, regional və beynəlxalq gündəlikdə duran məsələlərin müzakirəsi nəzərdə tutulur.

Türkmənistan 2026-cı ildə Müstəqil Dövlətlər Birliyinə sədrlik edir. Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclasının oktyabrın 9-da keçirilməsi Türkmənistan tərəfindən daha əvvəl rəsmən açıqlanmışdı.

Prezident İlham Əliyev iclasdan əvvəl “Avaza” Kompleksinə gəlib, burada Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tərəfindən qarşılanıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.