İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib, iclasdan sonra bir sıra sənədlər imzalanıb.

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir

Prezident İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib. Azərbaycan liderini Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov qarşılayıb.