Hindistanda insanlar niyə ağacla evlənir?

Hindistanda bəzi insanlar əvvəlcə ağacla evlənir. Bunun səbəbi doğum tarixi ilə bağlı qədim astrologiya inancları və uğursuzluğu aradan qaldırmaq istəyidir.

11

Hindistanda bəzi bölgələrdə insanlar uğursuz hesab edilən astrologiya uyğunluğunu aradan qaldırmaq üçün əvvəlcə insanla deyil, ağacla evlənirlər.

Xüsusilə müəyyən gün və saatlarda doğulan şəxslərin gələcək həyat yoldaşına bədbəxtlik gətirəcəyinə inanıldığı üçün bu ritual tətbiq olunur. Türkiyə mətbuatında yer alan məlumata görə, həmin şəxslər sonradan ağacla nikahdan “ayrıldıqdan” sonra real evlilik edə bilirlər.

Bu ənənə əsasən Hindu astrologiyasında “Manglik Doşa” adlanan inanca bağlıdır. Buna görə Mars planetinin müəyyən mövqedə olduğu tarixdə doğulan şəxslərin evlilikdə problem yaşayacağı, hətta həyat yoldaşına zərər verə biləcəyi düşünülür. Belə hallarda əvvəlcə banan, peepal və ya başqa müqəddəs sayılan ağacla rəmzi nikah mərasimi keçirilir. Daha sonra ağac kəsilir və ya ritual şəkildə nikahın bitdiyi elan olunur.

BBC və digər beynəlxalq mənbələr də əvvəllər Hindistanda bu tip mərasimlərin xüsusilə kənd yerlərində və ənənəvi ailələr arasında hələ də mövcud olduğunu yazıb. Bununla belə, şəhərlərdə və gənc nəsildə bu inanclara bağlılıq getdikcə azalır.

Sosioloqlar bildirirlər ki, bu cür ənənələr bir tərəfdən mədəni irs hesab edilsə də, digər tərəfdən fərdlərin şəxsi həyatına və evlilik qərarlarına təsir göstərdiyi üçün tez-tez müzakirə mövzusuna çevrilir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.