Firuzca zədəyə baxmayaraq yataqda şahmat oynadı

Əlireza Firuzca topuq zədəsinə baxmayaraq "Grand Chess Tour" turnirində çıxışını davam etdirib və Sindarova qarşı partiyanı yataqda oynayıb.

Fransanı təmsil edən qrossmeyster Əlireza Firuzca Rumıniyada keçirilən “Grand Chess Tour — Superbet Chess Classic Romania 2026” turnirində topuq zədəsi almasına baxmayaraq mübarizəni dayandırmayıb. Turnirin mətbuat xidmətinin məlumatına görə, Firuzca üçün oteldə xüsusi otaq hazırlanıb və şahmatçı oyununu yataqda uzanmış vəziyyətdə davam etdirib. 

Hadisə üçüncü turdan sonra baş verib. Məlumata görə, Firuzcanın topuğunda sınıq və ya çat aşkarlanmayıb, lakin zədə onun oyun zalına gəlməsini çətinləşdirib. Bu səbəbdən o, dördüncü turda amerikalı Fabiano Karuana ilə görüşü buraxmalı olub.

Daha sonra təşkilatçılar onun turnirdə davam etməsi üçün xüsusi şərait yaradıblar. Firuzca beşinci turda özbəkistanlı qrossmeyster Javohir Sindarova qarşı partiyanı turnir otelində ayrılmış otaqdan oynayıb. Oyun arbitrin nəzarəti altında keçirilib və bununla yarışın ədalət prinsiplərinə uyğunluğu təmin edilib.

Bu epizod elit şahmat səviyyəsində olduqca nadir hadisə kimi qiymətləndirilib. Adətən klassik şahmat turnirlərində bütün iştirakçılar eyni oyun zalında, standart şəraitdə mübarizə aparırlar. Firuzcanın isə zədə səbəbindən yataqda, arbitrin iştirakı ilə oynaması turnirin ən çox müzakirə olunan görüntülərindən birinə çevrilib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.