Franko rejiminin masonları gözdən salmaq üçün yaratdığı “loja” bu gün də qorunur
İspaniyanın Salamanka şəhərində Franko diktaturası dövründə masonluğu gözdən salmaq məqsədilə hazırlanmış mason lojası rekonstruksiyası qorunur. Ekspozisiya vətəndaş müharibəsi zamanı müxtəlif lojalardan müsadirə edilmiş orijinal əşyalardan yığılıb.
Topçubaşovun arxivində mason lojasına aid məktub tapıldı
Əli Mərdan bəy Topçubaşovun şəxsi arxivində “Le Centre des Amis” mason lojasına qəbul məsələsinə aid məktub saxlanılır. Ünvan sahibinin adı göstərilmədiyi üçün sənədin məhz Topçubaşova göndərildiyini qəti söyləmək mümkün deyil.