SEPAH komandiri barədə yeni sui-qəsd iddiası təkzib edildi
Sosial şəbəkələrdə Şirazda SEPAH-ın “Sarallah” “Bəsic” bölməsinin komandiri İbrahim Mürtəzəvi-Nəsəbin raket zərbəsi ilə öldürüldüyü barədə iddia yayılıb. Lakin “Fars” agentliyi onun hələ mart ayında öldüyünü və artıq dəfn edildiyini bildirib.
Tehranda Pakistanın vasitəçiliyinə etiraz edildi
İranın tanınmış siyasi fiqurlarından Məhəmməd Cavad Laricani Pakistanın ABŞ-la danışıqlarda vasitəçi roluna ehtiyac olmadığını bildirib. O, Tehran istəsə, Vaşinqtonla özü danışacağını deyib.