Bəqayi Roma-Sasani savaşına istinadla mesaj verdi

İran XİN sözçüsü Esmail Bəqayi Roma imperatoru Ərəb Filipin Sasani hökmdarı I Şapur ilə sülh bağlamasına istinad edərək “imperator reallığı qəbul etməyə məcbur oldu” mesajını verib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqayi sosial şəbəkə hesabında Roma imperiyası ilə Sasani dövləti arasında tarixi qarşıdurmaya istinad edən paylaşım edib. “Mehr” agentliyinin məlumatına görə, Bəqayi paylaşımında Şapur I-in Roma imperatoru üzərində qələbəsini əks etdirən qayaüstü təsvirə yer verib və “imperator reallığı qəbul etməyə məcbur oldu” ifadəsini işlədib. 

Bəqayi bildirib ki, Roma düşüncəsində Roma “dünyanın mübahisəsiz mərkəzi” sayılırdı, lakin iranlılar bu təsəvvürü dağıtdılar. Onun sözlərinə görə, Markus Yulius Filippus — daha çox “Ərəb Filip” kimi tanınan Roma imperatoru — Farsa qarşı şərqə yürüş edəndə kampaniya Roma qələbəsi ilə deyil, I Şapurun şərtləri əsasında bağlanan sülhlə nəticələndi.

“Iran International” yazır ki, Bəqayinin bu açıqlaması ABŞ və İran arasında mümkün razılaşma ehtimalının müzakirə olunduğu bir vaxtda verilib. Nəşr qeyd edir ki, İran XİN sözçüsü bu tarixi nümunəni siyasi mesaj kimi təqdim edərək, keçmişdə Roma imperatorunun Sasani şərtləri ilə razılaşmağa məcbur olduğunu xatırladıb.

Tarixi mənbələrə görə, I Şapur Sasani dövlətinin ən güclü hökmdarlarından biri hesab olunur. I Şapur Roma ilə müharibələr aparıb, Nisibis və Karrhae şəhərlərini ələ keçirib, 244-cü ildə isə Roma ilə onun üçün əlverişli sülh bağlamağa nail olub.

Markus Yulius Filippus, yəni Ərəb Filip, 244–249-cu illərdə Roma imperatoru olub. O, imperator olduqdan sonra Farsla müharibəni dayandıran sülh razılaşma bağlayıb.

Ekspertlər bu cür tarixi istinadların İranın hazırkı siyasi ritorikasında rəmzi məna daşıdığını bildirirlər. Bəqayinin mesajı Tehranın danışıqlarda özünü təzyiq altında olan tərəf kimi deyil, şərtləri qəbul etdirə bilən güc kimi təqdim etmək cəhdi kimi qiymətləndirilə bilər.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.