Estoniyada kənd Rusiya sərhədi ilə tankəleyhinə xəndəklər arasında qaldı
Estoniyanın Rusiya ilə sərhədində yerləşən Vinski kəndi yeni müdafiə istehkamları ilə əhatələnib. Yeddi təsərrüfatın yerləşdiyi kəndin sakinləri dərin xəndəklərdən, su basması riskindən və çıxış yollarının məhdudlaşmasından narahatdırlar.