2027-ci ildən maaşlardan tutulan gəlir vergisi artırılır
Azərbaycanda 2027-ci il yanvarın 1-dən qeyri-neft-qaz sektorunun özəl bölməsində çalışanların gəlir vergisi artırılacaq. Aylıq 2500 manatadək gəlirlərə tətbiq olunan vergi 3 faizdən 5 faizə, 2028-ci ildən isə 7 faizə yüksələcək.