“Barselona” Yesse Bisivunu transfer edir

“Barselona” “Brügge”nin 18 yaşlı belçikalı vingeri Yesse Bisivunun transferini 8,5 milyon avroya razılaşdırıb. Belçika klubu gələcək satışdan 20 faiz pay alacaq.

15

İspaniyanın “Barselona” klubu “Brügge”nin gənc vingeri Yesse Bisivunun transferi ilə bağlı tam razılığa gəlib.

MSNews.az xəbər verir ki, tanınmış futbol insayderi Fabrizio Romano keçidin tamamlandığını bildirib.

Məlumata əsasən, Kataloniya klubu 18 yaşlı futbolçu üçün “Brügge”yə 8,5 milyon avro ödəyəcək. Belçika təmsilçisi, həmçinin Bisivunun gələcək satışından əldə ediləcək məbləğin 20 faizini almaq hüququnu saxlayacaq.

Yesse Bisivu 22 yanvar 2008-ci ildə anadan olub. Belçikalı hücumçu əsasən cinahda çıxış edir və “Brügge” akademiyasının yetirməsidir. Klubun rəsmi məlumatına görə, o, 15 yaşında ilk peşəkar müqaviləsini imzalayıb və Belçika peşəkar futbolunda debüt edən ən gənc oyunçulardan biri olub. Onun “Brügge” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə idi.

Gənc futbolçu UEFA Gənclər Liqasındakı çıxışı ilə də diqqət çəkib. Bisivu turnirin 1/4 finalında “Atletiko Madrid”ə qarşı səfərdə keçirilən və “Brügge”nin 4:0 hesabı ilə qalib gəldiyi matçda komandasının son qolunu vurub.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Xəbər lenti