ABŞ İran xalqına mesaj verdi: “Azadlıq istəyinizi dəstəkləyirik” 

Bu gün ABŞ Dövlət Departamenti Tehranda bir küçəyə ABŞ prezidenti Donald Trampın adını verən İran vətəndaşına açıq dəstək nümayiş etdirib.

172

Bu gün ABŞ Dövlət Departamenti Tehranda bir küçəyə ABŞ prezidenti Donald Trampın adını verən İran vətəndaşına açıq dəstək nümayiş etdirib.

Departamentin farsdilli “X” hesabında paylaşdığı açıqlamada bildirilir ki, bu addım yüksək dəyərləndirilir. Açıqlamada qeyd olunub:

“Tehranda bir küçəyə Prezident Trampın adını verən anonim şəxsin hərəkətini təqdir edir”.

ABŞ Dövlət Departamenti bu təşəbbüsü İran xalqının azadlıq, rifah və daha yaxşı gələcək arzularına dəstəyin simvolu kimi dəyərləndirib.

Bəyanatda vurğulanıb ki, ABŞ İran xalqının səsinə və istəklərinə hörmətlə yanaşır və onların daha böyük azadlıq, rifah və imkanlara nail olmaq üçün göstərdiyi səyləri dəstəkləməyə sadiqdir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930