Enerji sistemindəki nasazlıq səbəbindən Krım və Sevastopolda elektrik enerjisi kəsilib.
MsNews.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Krımenerqo” şirkətindən məlumat verilib.
“Zərərin qarşısını almaq məqsədilə, vəziyyət normallaşana qədər əhalidən elektrik cihazlarını şəbəkədən ayırmaları xahiş olunur”, – məlumatda qeyd olunub.
Etiketlər:Krım