Məğlub olmasaydı, Ermənistan xoşməramlı mövqeyi olmayacaqdı – Korotçenko

Azərbaycanın İkinci Qarabağ müharibəsində və sonrakı antiterror tədbirləri zamanı qazandığı qələbə münaqişənin məntiqi sonluğunu təmin etdi. Paşinyanın hazırda atdığı addımlar isə baş vermiş geosiyasi və hərbi dəyişikliklərə verilən reaksiyadır.

24

MsNews.az Axar.az-a istinadla xəbər verir ki, bunu rusiyalı hərbi analitik İqor Korotçenko deyib.

“44 günlük müharibənin yekununda sarsıdıcı məğlubiyyətə uğramasaydı, Ermənistan rəhbərliyinin xoşməramlı mövqeyindən əsər-əlamət belə olmazdı. Birincisi, budur.

İkincisi, Bakı dəfələrlə bəyan edib ki, sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar və həmin sənədlərə istinadlar çıxarılmalıdır. Paşinyan, görünür, bu tələblərin yerinə yetirilməsi məqsədilə yeni Konstitusiya layihəsini təqdim edib. Böyük ehtimalla, yeni Konstitusiya referendumun nəticələrinə əsasən qəbul ediləcək. Bundan sonra sülh sazişinin imzalanması üçün heç bir maneə qalmayacaq.

Beləliklə, regionda vəziyyət tamamilə tənzimlənmiş hesab olunacaq”, – o bildirib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti