ABŞ Ukraynaya F-16 avadanlıqlarının mümkün satışını təsdiqlədi

ABŞ Dövlət Departamenti Ukraynaya F-16 qırıcı təyyarələri üçün avadanlıq və texniki xidmət dəstəyinin satılması ehtimalını təsdiqləyib.

29

ABŞ Dövlət Departamenti Ukraynaya F-16 qırıcı təyyarələri üçün avadanlıq və texniki xidmət dəstəyinin satılması ehtimalını təsdiqləyib.

MsNews.az xəbər verir ki, bu barədə Dövlət Departamentindən məlumat verilib.

Sazişin ümumi dəyəri 621,9 milyon dollar təşkil edir.

Qeyd olunur ki, bu satınalma “JUMPSTART” (Ukrayna üçün Sürətləndirilmiş Dəstək, Təlim və Hazırlıq üzrə Birgə Çoxmillətli Proqram) təşəbbüsü çərçivəsində maliyyələşdiriləcək.

Maliyyə vəsaiti Belçika, Danimarka, Niderland və Norveç tərəfindən təmin edilib. ABŞ bu sazişi maliyyələşdirmək üçün öz vəsaitindən istifadə etməyəcək.

Etiketlər:
Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti