Litva XİN başçısı Dambrauskası mükafatlandırdı

Azərbaycanda səfərdə olan Litva xarici işlər naziri Kestutis Budris "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasa ölkəsinin "Litva diplomatiyasının ulduzu" mükafatını təqdim edib.

30

Azərbaycanda səfərdə olan Litva xarici işlər naziri Kestutis Budris “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasa ölkəsinin “Litva diplomatiyasının ulduzu” mükafatını təqdim edib.

MsNews.az Oxu.Az-a istinadla xəbər verir ki, nazir bunu sosial şəbəkə hesabında paylaşıb.

“Sizin gördüyünüz işlər idman diplomatiyasının ən mükəmməl nümunəsidir. Litvanın adını tanıtdığınıza, idman ictimaiyyətini həmrəy etdiyinizə, dövlətimizlə və vətəndaşlarımızla haqlı olaraq fəxr etməyimizə şərait yaratdığınıza görə sizə minnətdaram”, – deyə Budris bildirib.

Qeyd edək ki, dünən litvalı nazir azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə UEFA Çempionlar Liqasının V turu çərçivəsində keçirilən “Sabah” – “Barselona” matçını Bakı Olimpiya Stadionunda izləyiblər. Oyun 4:1 hesabı ilə Kataloniya klubunun qələbəsi ilə başa çatıb.

Etiketlər:
Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti