Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlib. Dövlət başçısını səfərdə birinci xanım Mehriban Əliyeva müşayiət edir.
MSNews.az xəbər verir ki, Hanoy şəhərinin Noi Bai Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı Vyetnamın ədliyyə naziri Hoanq Than Tunq və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlığın inkişafı fonunda baş tutur. Prezident İlham Əliyev səfər ərəfəsində Vyetnam Xəbər Agentliyinə müsahibəsində iki ölkə arasında enerji, investisiya, ticarət və nəqliyyat-logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğunu bildirib.




