İlham Əliyev Litva Prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb. Dövlət başçıları regional sülh prosesini, enerji və iqtisadi əməkdaşlığı, həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafını müzakirə ediblər.

8

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb. Danışıqlarda regional sülh gündəliyi, enerji əməkdaşlığı və Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin genişləndirilməsi əsas müzakirə mövzuları olub.

MSNews.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Litva arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulanıb.

Dövlət başçıları iki ölkə arasında iqtisadi-ticari münasibətlərin genişləndirilməsi, enerji və digər sahələrdə əməkdaşlıq imkanlarının artırılması barədə fikir mübadiləsi aparıblar.

Görüşdə regional sülh gündəliyinə də xüsusi diqqət yetirilib. Prezidentlər regionda sülh və sabitlik məsələlərini, eləcə də ikitərəfli münasibətlərin gələcək perspektivlərini müzakirə ediblər.

Danışıqların digər mühüm istiqaməti Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı olub. Tərəflər bu münasibətlərin daha da genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Qeyd edək ki, Gitanas Nauseda görüşdən əvvəl jurnalistlərə açıqlamasında Litvanın Azərbaycanla əməkdaşlığın inkişafında və Bakının Avropa İttifaqı ilə əlaqələrinin möhkəmləndirilməsində maraqlı olduğunu bildirmişdi.