Azərbaycan və Böyük Britaniya arasında tarixi sənəd imzalandı

Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığı bildirilir. Sənəd müdafiə sənayesi, təhlükəsizlik, Orta Dəhliz, yaşıl enerji, investisiyalar, süni intellekt və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

10

Azərbaycan və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığı bildirilir. Sənəd iki ölkə arasında müdafiə və təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, təhsil və yüksək texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

MSNews.az xəbər verir ki, yayılan bəyannamə mətninə əsasən, tərəflər regional sülhün və sabitliyin qorunması, ortaq təhlükəsizlik təhdidlərinin qarşısının alınması və müdafiə imkanlarının gücləndirilməsi istiqamətində uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.

Sənədin mühüm istiqamətlərindən biri müdafiə sənayesi sahəsində tərəfdaşlıqdır. Azərbaycan və Böyük Britaniya hərbi təlimlər, kadr hazırlığı, təcrübə mübadiləsi və qarşılıqlı fəaliyyət imkanlarını genişləndirməyi, həmçinin müdafiə sənayesində birgə təşəbbüsləri araşdırmağı planlaşdırırlar.

Bəyannamədə hüquq-mühafizə orqanları arasında əlaqələrin gücləndirilməsi, sərhəd idarəçiliyi, məhkəmə və hüquqi əməkdaşlığın inkişafı da nəzərdə tutulur.

İqtisadi sahədə isə tərəflər qarşılıqlı investisiyaların artırılması, ticarət əlaqələrinin genişləndirilməsi və Orta Dəhlizin inkişafına dəstək verilməsi barədə ortaq niyyətlərini ifadə ediblər.

Nəqliyyat, logistika və infrastruktur layihələrinin inkişafı, eləcə də regional və beynəlxalq bağlantıların gücləndirilməsi əməkdaşlığın prioritetləri sırasındadır.

Enerji sahəsində bərpa olunan enerji mənbələri, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar üzrə tərəfdaşlığın genişləndirilməsi planlaşdırılır. Tərəflər enerji təhlükəsizliyinin gücləndirilməsi və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində əməkdaşlığı davam etdirmək niyyətindədirlər.

Bəyannamə həmçinin maliyyə və kapital bazarları, kiçik və orta biznesin inkişafı, davamlı investisiyalar və ticarətin maliyyələşdirilməsi üzrə əməkdaşlığı əhatə edir.

Sənəddə süni intellekt, rəqəmsal idarəetmə, innovasiya və elmi tədqiqatlar sahəsində tərəfdaşlığa da xüsusi yer ayrılıb. Azərbaycan və Böyük Britaniya universitetlər, tədqiqat institutları və özəl sektor arasında əməkdaşlığı genişləndirməyi, rəqəmsal və texniki bacarıqların inkişafını təşviq etməyi planlaşdırırlar.

Bundan əlavə, təhsil, peşə hazırlığı, mədəni əlaqələr və insanlararası mübadilələrin inkişafı da strateji tərəfdaşlığın istiqamətlərinə daxildir.

Qeyd edək ki, 2026-cı il oktyabrın 6-da Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Ənəs Sərvər strateji tərəfdaşlıq sənədinin mətninin razılaşdırıldığını açıqlamışdı. Həmin vaxt tərəflər nəqliyyat və rəqəmsal infrastruktur üzrə yol xəritəsi də imzalamışdılar.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.