ABŞ Venesuela neftindən əldə olunan 12,26 milyard dollara nəzarət edib – NYT

“The New York Times”ın əldə etdiyi məxfi KPMG hesabatına görə, 2026-cı ilin ilk doqquz ayında Venesuelanın neft və digər təbii sərvətlərinin satışından əldə olunan 12,26 milyard dollar ABŞ-ın nəzarətindəki hesaba daxil olub. Vəsaitin 11,7 milyard dolları Venesuelaya qaytarılsa da, köçürmələrə yekun icazəni Vaşinqton verib.

9

ABŞ 2026-cı ilin yanvar–sentyabr aylarında Venesuelanın neft və digər təbii sərvətlərinin satışından əldə olunan 12,26 milyard dollar vəsaiti öz nəzarətindəki bank hesabı vasitəsilə idarə edib.

MSNews.az xəbər verir ki, bu barədə “The New York Times” KPMG audit şirkətinin məxfi hesabatına istinadən məlumat yayıb.

Hesabata əsasən, vəsaitin 11,7 milyard dolları Venesuelaya qaytarılaraq ölkənin milli valyutası bolivarın məzənnəsinin dəstəklənməsinə yönəldilib. Təxminən 130 milyon dollar xarici maliyyə öhdəliklərinə sərf olunub, sentyabrın sonunda isə hesabda 170 milyon dollar qalıb.

Araşdırmanın əsas məqamı vəsaitlərin ABŞ tərəfindən idarə olunmasıdır. Belə ki, Venesuelaya məxsus gəlirlərin nə vaxt və hansı məqsədlə köçürülməsi ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyinin razılığından asılıdır.

Nəşrin məlumatına görə, beynəlxalq neft ticarəti şirkətləri “Trafigura” və “Vitol” hesaba daxil olan vəsaitin 61 faizini təmin edib.

Qeyd edək ki, 12,26 milyard dollar ABŞ-ın xalis qazancı deyil. Bu məbləğ Vaşinqtonun nəzarətindəki hesabdan keçən Venesuela ixrac gəlirləridir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.