Azərbaycan millisi Avstraliyaya məğlub oldu

Azərbaycanın U-15 millisi Bakıda keçirilən FIFA Dünya Çempionatı və Festivalında Avstraliyaya 1:3 hesabı ilə məğlub olub. Bu, millimizin turnirdə ilk məğlubiyyətidir.

14

Azərbaycanın U-15 millisi Bakıda keçirilən FIFA Dünya Çempionatı və Festivalında ilk məğlubiyyətini alıb. Turnirə ardıcıl iki qələbə ilə başlayan yığmamız üçüncü qarşılaşmasında Avstraliyaya 1:3 hesabı ilə uduzub.

MSNews.az xəbər verir ki, oktyabrın 25-də Hövsan Yarış Kompleksində keçirilən qarşılaşmada baş məşqçi Famil Xəlilovun rəhbərlik etdiyi Azərbaycan millisi Avstraliya yığması ilə üz-üzə gəlib.

Matç Avstraliya millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Azərbaycan yığmasının turnirdəki iki oyunluq qələbə seriyası başa çatıb.

Qeyd edək ki, millimiz FIFA U-15 Dünya Çempionatı və Festivalına uğurlu start vermişdi. Komandamız ilk görüşündə Timor-Lesteni 6:0, ikinci qarşılaşmasında isə Andorranı 1:0 hesabı ilə məğlub etmişdi. Bu nəticələri Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) da təsdiqləyib.

Beləliklə, Azərbaycan millisi turnirdə keçirdiyi üç qarşılaşmadan ikisini qələbə, birini isə məğlubiyyətlə başa vurub. Yığmamız bu oyunlarda ümumilikdə 8 qol vurub, qapısından 3 top buraxıb.

Azərbaycan millisinin növbəti rəqibləri İsrail və Haiti yığmaları olacaq. Oktyabrın 26-da keçiriləcək görüşlər müvafiq olaraq saat 11:30 və 18:15-də başlayacaq.