İlham Əliyevlə Laos Prezidenti arasında təkbətək görüş keçirilib

Oktyabrın 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Laos Prezidenti Thonqlun Sisulit arasında təkbətək görüş keçirilib. Görüş Laos dövlət başçısının Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.

59

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit arasında təkbətək görüş keçirilib.

MSNews.az xəbər verir ki, görüş Laos dövlət başçısının Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda baş tutub.

Bundan əvvəl Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisuliti rəsmi mərasimlə qarşılayıb. Mərasim zamanı hər iki ölkənin Dövlət himnləri səsləndirilib, fəxri qarovul dəstəsi dövlət başçılarının qarşısından keçib.

Qeyd edək ki, Laos Prezidentinin Azərbaycana rəsmi səfəri 13–14 oktyabr tarixlərini əhatə edir. Laosun dövlət informasiya agentliyi “KPL” xəbər verir ki, səfər Prezident İlham Əliyevin dəvəti əsasında həyata keçirilir.

Laos dövlət başçısının oktyabrın 15–16-da Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısında iştirakı da nəzərdə tutulur.

Prezidentlərin təkbətək görüşündə aparılan müzakirələrin konkret məzmunu barədə hələlik əlavə məlumat açıqlanmayıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.