İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib
Prezident İlham Əliyevin adından Laos Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar verilib. Nahardan sonra dövlət başçıları Heydər Əliyevin 1986-cı ildə Laosa səfəri zamanı çəkilmiş tarixi fotolarla tanış olublar.
İlham Əliyevlə Laos Prezidentinin geniş tərkibdə görüşü keçirilib
Oktyabrın 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Laos Prezidenti Thonqlun Sisulit arasında geniş tərkibdə görüş keçirilib. Görüş Laos dövlət başçısının Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.