İlham Əliyev və Laos Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər

Oktyabrın 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. Bundan əvvəl dövlət başçıları arasında görüşlər keçirilib və ikitərəfli sənədlər mübadilə olunub.

41

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakıda mətbuata bəyanatlarla çıxış ediblər.

MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi internet saytında məlumat yayımlanıb.

Dövlət başçılarının mətbuata bəyanatları Laos Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.

Bundan əvvəl İlham Əliyevlə Thonqlun Sisulit arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib.

Görüşlərin ardınca Azərbaycan və Laos arasında Birgə Bəyanat qəbul olunub, iki ölkənin əməkdaşlığına dair sənədlərin mübadiləsi mərasimi təşkil edilib.

Mübadilə olunan sənədlər kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Sazişi əhatə edib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.