İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib
Prezident İlham Əliyevin adından Laos Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar verilib. Nahardan sonra dövlət başçıları Heydər Əliyevin 1986-cı ildə Laosa səfəri zamanı çəkilmiş tarixi fotolarla tanış olublar.
Azərbaycan və Laos arasında mühüm sənədlər imzalanıb
Prezidentlər İlham Əliyev və Thonqlun Sisulitin iştirakı ilə Azərbaycan və Laos arasında Birgə Bəyanat qəbul edilib, kənd təsərrüfatı sahəsində əməkdaşlıq və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad olunmasına dair sənədlər…