İlham Əliyev Laos Prezidentini Bakıda rəsmi mərasimlə qarşılayıb

Oktyabrın 13-də Bakıda Laos Prezidenti Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev qonağı qarşılayıb, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

45

Oktyabrın 13-də Bakıda rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin təntənəli qarşılanma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Laos dövlət başçısını qarşılayıb.

MSNews.az xəbər verir ki, mərasim hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda təşkil olunub.

Laos Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev ali qonağı qarşılayıb, ardınca fəxri qarovul dəstəsinin rəisi Laos dövlət başçısına raport verib.

Mərasim zamanı əvvəlcə Laos Xalq Demokratik Respublikasının, daha sonra isə Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin qarşısından keçib.

Daha sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Laos Prezidentinə, Laos nümayəndə heyətinin üzvləri isə Azərbaycan dövlət başçısına təqdim olunub.

Rəsmi qarşılanma mərasimi prezidentlərin birgə foto çəkdirməsi ilə başa çatıb.

Qeyd edək ki, Thonqlun Sisulit oktyabrın 12-də Azərbaycana rəsmi səfərə gəlib. Laos dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.