DÇ heyətinə düşə bilməyən Kamavinqa Harvardda təhsil alır

Fransa millisinin DÇ-2026 heyətinə düşməyən “Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqa tətilini "Harvard Business School"-da “The Business of Entertainment, Media, and Sports” kursunda keçirir.

14

Fransa millisinin DÇ-2026 heyətinə salınmayan “Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqa tətilini Harvardda təhsilə ayırıb.

MSNews.az xəbər verir ki, “New Straits Times”ın AFP-yə istinadən yaydığı məlumata görə, 23 yaşlı futbolçu “Harvard Business School”-da əyləncə və idman biznesi üzrə qısa kursda iştirak edib. Kamavinqa sosial şəbəkədə Harvardda çəkilən fotosunu paylaşaraq “bir neçə gün öyrənmək, dinləmək və inkişaf etmək” mesajını yazıb.

Reuters”in dərc etdiyi DÇ-2026 heyət siyahısına əsasən, Fransa millisinin baş məşqçisi Didye Deşam turnir üçün açıqladığı heyətdə Eduardo Kamavinqaya yer verməyib. Agentlik qeyd edib ki, Deşam əsasən 2022-ci il dünya çempionatında iştirak edən heyətin nüvəsini qoruyub, lakin Kamavinqa və Randal Kolo Muani siyahıdan kənarda qalıb. Deşam Kamavinqanın heyətdən kənarda qalmasını futbolçunun çətin mövsüm keçirməsi, zədələr və mövqedə güclü rəqabətlə izah edib. Baş məşqçi onun hələ gənc olduğunu və məyusluğunu başa düşdüyünü bildirib.

Futbolçu bu dəfə mundialdan kənarda qalsa da, əvvəlki dünya çempionatında Fransa millisinin heyətində çıxış etmişdi. Kamavinqa DÇ-2022 finalında Argentina ilə oyunda meydana çıxıb və indiyədək Fransa millisində 29 oyun keçirib.

Maraqlıdır ki, Harvard Universiteti Fransa millisinin ABŞ-dakı dünya çempionatı bazasına da yaxın yerləşir. “The Straits Times”ın məlumatına görə, universitetin yerləşdiyi Kembric şəhəri Fransa yığmasının istifadə etdiyi Bentli Universiteti bazasından təxminən 8 kilometr məsafədədir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.