“Browns” butikinin həmtəsisçisi Coan Börşteyn vəfat edib

Londonun məşhur "Browns" butikinin həmtəsisçisi və moda ritəylinin əfsanəvi siması Coan Börşteyn 100 yaşında vəfat edib.

27

Britaniya moda sənayesinin simvol fiqurlarından biri, Londonun məşhur “Browns” butikinin həmtəsisçisi Coan Börşteyn vəfat edib. Moda mediasının məlumatına görə, o, 17 aprel 2026-cı ildə İbizadakı evində ailəsinin əhatəsində dünyasını dəyişib. Bir sıra nüfuzlu mənbələr Börşteynin 100 yaşında vəfat etdiyini bildirir.

MSNews.az “Vogue”“TheIndustry.fashion” nəşrlərinə istinadən xəbər verir.

Coan Börşteyn 1970-ci ildə həyat yoldaşı Sidni Börşteyn ilə birlikdə “Browns” butikini yaradaraq Londonda moda riteyli anlayışını dəyişən şəxslərdən birinə çevrilib. O, gənc dizaynerləri ilk dəstəkləyən simalardan biri kimi tanınıb. Məhz, onun dəstəyi ilə Con Qalliano, Pol Smit, Hussein ÇalayanAlber Elbaz kimi adlar daha geniş tanınmağa başlayıb.

Börşteynin rəhbərliyi dövründə “Browns” Londonda “Calvin Klein”, Ralph Lauren”, Missoni”, Donna Karan”, Alaïa”Comme des Garçons” kimi brendləri təqdim edən önəmli satış məkanlarından birinə çevrilib. 1997-ci ildə isə o, yeni istedadlara fokuslanan Browns Focus” layihəsini istifadəyə verib.

Moda sahəsinə töhfələrinə görə Coan Börşteyn 2006-cı ildə Britaniya İmperiyası Ordeninin komandanı — CBE mükafatı ilə təltif olunub. Ailə biznesi kimi fəaliyyət göstərən “Browns” isə 2015-ci ildə Farfetch” tərəfindən satın alınıb.