Əli Nikzad İran parlamentində çıxışı zamanı ölkəsinin mövqeyi ilə bağlı sərt bəyanatlar səsləndirib. O bildirib ki, Hörmüz boğazı ilə bağlı heç bir güzəşt planlaşdırılmır və bu marşrut “heç vaxt açılmayacaq”.
Nikzad çıxışında əlavə edib ki, İran rəhbərliyi baş verən son hadisələri ölkəyə qarşı “ən ağır sui-qəsdlərdən biri” kimi qiymətləndirir və buna cavab veriləcəyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp də daxil olmaqla məsul şəxslər cavabdehlikdən yayınmayacaq: “Biz müsəlmanların liderinin qanının qisası alınana qədər Trampı buraxmayacağıq”.
İran rəsmisi həmçinin qeyd edib ki, bu məsələlərlə bağlı heç bir diplomatik proses aparılmır: “Heç bir danışıqlar olmayıb və olmayacaq”.
Ekspertlər hesab edir ki, Hörmüz boğazı ilə bağlı belə sərt bəyanatlar qlobal enerji bazarları və beynəlxalq ticarət üçün ciddi risklər yarada bilər. Sözügedən boğaz dünya neft daşımalarının mühüm hissəsinin keçdiyi strateji nöqtə hesab olunur.