Yeddi yatmış: Əshabi-Kəhf hekayəsi

Yeddi yatmış mağarası və ya Əshabi-Kəhf mağarasının adı "Qurani-Kərim"in 18-ci surəsinin ("Kəhf" surəsi) 17-ci ayəsində xatırlanır. Amma bu ayədə yeddi yatmış gəncin adları çəkilmir. Yatmaq müddəti isə 300 (və ya 309) il kimi göstərilir. Bu hadisəni rəvayət edən ibn Abbasın dilindən isə bu müddət "Allah bilir" şəklində yorumlanır.

101

Yeddi yatmış mağarası və ya Əshabi-Kəhf mağarası “Qurani-Kərim”in 18-ci surəsi, yəni “Kəhf” surəsinin 17-ci ayəsində xatırlanır. Bu ayədə yeddi yatmış gəncin adları çəkilmir, yalnız onların uzun müddət yuxuda qaldığı bildirilir.

Yatmaq müddəti isə Hicri-Şəms və Hicri-Qəməri təqvimlərinə görə 300 və 309 il göstərilir. Lakin bu rəqəmlər fərqli müəlliflər tərəfindən müxtəlif cür verilir. Məsələn, Turlu Qreqori bu müddəti 373 il, digər mənbələr isə 372 il olaraq qeyd edir. Vorejinli Yakobus isə yeddi gəncin 196 il yuxuda qaldığını bildirir.

Əfsanəyə görə, bu yeddi yatmış gənc Yemliha, Misləyna, Miksəreyna, Mərnuş, Təbərnuş, Şazənuş, Kəfəştətayyuş və itləri Kıtmirdir. Bartomiey Qrisa isə onların adlarını fərqli versiyalarda qeyd etmişdir. Qərb qaynaqlarında əsas hadisə Efes şəhərində, Roma imperatoru Decius dövründə (249–251) baş verir. Decius qısa hakimiyyəti dövründə qatı anti-xristian olaraq tanınır və şəhərdə hər kəsin bütlərə sitayiş etməsini əmr edir. Buna tabe olmayan yeddi gənc etiraz olaraq şəhəri tərk edir və yaxınlıqdakı dağdakı mağaraya sığınır. Bu dağ günümüzdə Panayır dağı kimi tanınır, lakin fərqli mənbələrdə Pion, Oxlon, Anxilus, Selion və islami mənbələrdə Yencelüs adları ilə qeyd olunur.

Decius şəhərə qayıtdıqda mağaranın ağzının örtülməsini əmr edir. Gizli xristianlardan Teodor və Rufinus yeddi gəncin adlarını qurğuşun lövhələrə qazıyaraq divarın içərisinə yerləşdirirlər. Daha sonra, Bizans hökmdarı II Teodosiusun (408–450) dövründə Adolius adlı iş adamı mağara bölgəsinin sahibi olaraq çobanlar üçün geniş bir axur tikir. Mağaranın ağzı açıldıqda yeddi gənc yuxudan oyanır. İçlərindən ən gəncini köhnə pullarla şəhərə göndərirlər və camaat onların müqəddəs olduqlarını başa düşür. İslam mənbələrinə görə şəhərin adı Efsüs, kralı isə Bendosisdir. Qərb mənbələrinə görə isə şəhərin hakimi Konsul Antipater, baş rahibi isə St. Martin olaraq qeyd olunur. Bu hadisə II Teodosiusun hakimiyyətinin 38-ci ilində, yəni təxminən 446-cı ildə baş vermişdir və yuxu müddəti 196 il hesab edilir.

Əfsanənin ən qədim versiyalarından biri hind dastanı Mahabharatada da rast gəlinir. Dünyada bu hekayə ilə əlaqələndirilən 25–33 yer mövcuddur. Məsələn, İspaniya, Əlcəzair, Misir, İordaniya, Əfqanıstan, Şərqi Türküstan, Tunis (Tozeur) və hətta Azərbaycan (Naxçıvan).

Bunlardan dördü Türkiyə ərazisində yerləşir: Səlçuqda Efes, Mersində Tarsus, Kahramanmaraşda Afşin və Diyarbəkirdə Lice. Hekayənin gerçək olub-olmadığını bilmirik, amma dini bir əfsanə olaraq qəbul edilir. Bəlkə də bu hekayə yalnız rəmzi mənalar daşıyır, bəlkə də yeddi gənc zamanda səyahət etmişdir. Suallar çoxdur, cavab isə hələ tapılmayıb.