Qazaxda dəhşətli qəza: İki uşaq da daxil olmaqla 4 nəfər öldü

Qazax rayonunda “Opel” və “Tofaş” avtomobillərinin toqquşması nəticəsində iki uşaq da daxil olmaqla dörd nəfər həyatını itirib, bir nəfər yaralanıb. Hadisə ilə bağlı araşdırma aparılır.

31

Qazax rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində iki azyaşlı da daxil olmaqla dörd nəfər həyatını itirib, bir nəfər isə xəsarət alıb.

MSNews.az xəbər verir ki, hadisə noyabrın 18-də saat 19:30 radələrində rayonun Aslanbəyli–Kəmərli avtomobil yolunda baş verib.

“APA” agentliyinin Baş Dövlət Yol Polisi İdarəsinə istinadən yaydığı məlumata görə, İttifaq Müsəddirovun idarə etdiyi “Opel” və Sənan Dəryaquliyevin idarə etdiyi “Tofaş” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində hər iki sürücü və “Tofaş” avtomobilində olan iki azyaşlı sərnişin həyatını itirib. Daha bir nəfər yaralanıb. Məlumata görə, yaralanan şəxsin vəziyyəti ağırdır. Hadisənin başvermə səbəbləri araşdırılır.