Pakistanda hərbi təyyarə qəzaya uğradı: 2 pilot həlak oldu

Pakistanın Bəlucistan əyalətində “Mushshak” təlim təyyarəsi qəzaya uğrayıb. Kvetta şəhəri yaxınlığında baş verən hadisədə iki hərbi pilot həlak olub. Qəzaya texniki nasazlığın səbəb olduğu bildirilir.

54

Pakistanın Bəlucistan əyalətində hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub. İlkin məlumata görə, hadisəyə texniki nasazlıq səbəb olub.

MSNews.az xəbər verir ki, “Dawn” qəzetinin məlumatına əsasən, qəza oktyabrın 12-də Bəlucistan əyalətinin inzibati mərkəzi Kvetta şəhəri yaxınlığındakı Nəvan Killi ərazisində baş verib.

Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) bildirib ki, ordu aviasiyasına məxsus “Mushshak” təlim təyyarəsi günorta saatlarında texniki nasazlıq səbəbindən yerə çırpılıb.

Hadisə nəticəsində təyyarədə olan hər iki hərbçi – təlimatçı pilot mayor Hüsnəyn Şəhzad Hümayun və təlim keçən kapitan Əbdül Səməd həyatını itirib.

“Associated Press” agentliyinin məlumatına görə, qəzaya uğrayan hava gəmisi Pakistan istehsalı olan PAC MFI-17 “Mushshak” tipli təlim təyyarəsidir. Hərbi qurum nasazlığın xarakteri və qəzanın digər təfərrüatları barədə əlavə məlumat açıqlamayıb.

Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərif hadisə ilə bağlı başsağlığı verərək həlak olan hərbçilərin ailələrinə dərin hüznlə başsağlığı çatdırıblar.

Pakistanın dövlət radiosunun yaydığı məlumatda da hər iki pilotun ölümü təsdiqlənib.

Qeyd edək ki, iyunun 15-də də Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi ölkənin şimal-qərbində qəzaya uğramış, nəticədə iki pilot həlak olmuşdu.
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.