Pakistanda hərbi təyyarə qəzaya uğradı: 2 pilot həlak oldu
Pakistanın Bəlucistan əyalətində “Mushshak” təlim təyyarəsi qəzaya uğrayıb. Kvetta şəhəri yaxınlığında baş verən hadisədə iki hərbi pilot həlak olub. Qəzaya texniki nasazlığın səbəb olduğu bildirilir.
İran-Pakistan sərhədində yanacaq karvanı görüntüləri yayıldı
Sosial şəbəkələrdə İran-Pakistan sərhədində yanacaq qaçaqmalçılığı ilə bağlı böyük konvoyun görüntüləri yayılıb. ABŞ blokadası və İranın neft anbarlarına təzyiq fonunda qeyri-rəsmi yanacaq ticarəti yenidən gündəmə gəlib.