Özbəkistanda iş günü futbol matçına görə gec başlayacaq

Özbəkistanda milli komandanın DÇ-2026-da Kolumbiyaya qarşı tarixi oyunu ilə əlaqədar dövlət təşkilatlarında iş günü saat 10:00-da başlayacaq.

7

Özbəkistanda milli komandanın Dünya Kubokundakı tarixi debüt oyunu ilə əlaqədar dövlət təşkilatlarında iş vaxtı dəyişdirilib.

MSNews.az xəbər verir ki, “Anhor.uz” portalının məlumatına görə, prezident Şavkat Mirziyoyevin tapşırığı əsasında iyunun 18-də dövlət təşkilatlarında iş günü saat 10:00-dan başlayacaq.

Bu barədə Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Asadov açıqlama verib. Bildirilib ki, qərar Özbəkistan millisinin DÇ-2026-nın qrup mərhələsində Kolumbiyaya qarşı keçirəcəyi oyunla bağlıdır.

Matç Daşkənd vaxtı ilə səhər saat 07:00-da başlayacaq. Bu səbəbdən dövlət qurumlarında işin adi vaxtdan gec başlaması azarkeşlərə oyunu izləmək imkanı yaratmaq məqsədi daşıyır.

“Reuters” agentliyinin məlumatına görə, Fabio Kannavaronun rəhbərlik etdiyi Özbəkistan millisi Kolumbiya ilə görüşdə ölkə tarixində ilk dəfə Dünya Kuboku matçına çıxacaq. Qarşılaşma Meksikadakı “Asteka” stadionunda keçiriləcək.

“Anhor.uz” yazır ki, özəl şirkətlər isə iş vaxtı ilə bağlı qərarı öz imkanlarına uyğun şəkildə müstəqil müəyyən edə bilərlər.