Braziliya millisi 2026 FIFA Dünya Kubokuna xal itkisi ilə başlayıb.
MSNews.az xəbər verir ki, “C” qrupunun ilk turunda Braziliya Mərakeşlə 1:1 hesablı heç-heçə edib. Qarşılaşma ABŞ-ın Nyu-Cersi ştatındakı New York/New Jersey Stadium-da keçirilib.
Mərakeş 21-ci dəqiqədə İsmael Saibarinin qolu ilə hesabı açıb. Braziliya 32-ci dəqiqədə Vinisius Juniorun dəqiq zərbəsi ilə tarazlığı bərpa edib.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti oyundan sonra komandasının çıxışından tam razı qalmadığını və xüsusilə ilk hissədə daha yaxşı oynamalı olduqlarını bildirib.
Qarşılaşma gərgin və mübarizəli keçib, hər iki komanda ikinci hissədə qələbə qolunu vurmağa çalışsa da, hesab dəyişməyib.
Bu nəticədən sonra Braziliya və Mərakeş “C” qrupunda turnirə hərəyə 1 xalla başlayıb.