“Muhammad” üçüncü il ardıcıl ən populyar oğlan adı oldu

2025-ci ildə İngiltərə və Uelsdə 5957 yeni doğulan oğlana “Muhammad” adı verilib. Ad üçüncü il ardıcıl ONS reytinqində birinci yeri qoruyub.

103

“Muhammad” yazılışı 2025-ci ildə İngiltərə və Uelsdə yeni doğulan oğlanlara verilən ən populyar ad olaraq üçüncü il ardıcıl reytinqin birinci pilləsində qərarlaşıb.

MSNews.az xəbər verir ki, Böyük Britaniyanın Milli Statistika İdarəsi — ONS tərəfindən iyulun 9-da açıqlanan məlumatlar 2025-ci ildə qeydə alınmış doğum sənədlərinə əsaslanır. Rəsmi statistika Böyük Britaniyanın bütün ərazisini deyil, yalnız İngiltərə və Uelsi əhatə edir.

Ötən il 5957 oğlana məhz “Muhammad” adı verilib. Bu göstərici 2024-cü ildə qeydə alınmış 5721 nəfərlə müqayisədə 236 nəfər çoxdur. “Muhammad” 2023, 2024 və 2025-ci illərdə ardıcıl olaraq birinci yeri tutub.

Oğlan adları reytinqində ikinci yeri 4075 körpəyə verilən Noah”, üçüncü yeri isə 3278 körpəyə verilən Leo” adı tutub. İlk beşliyi Luca”“Arthur” tamamlayıb. Luka əvvəlki illə müqayisədə 452 nəfərlik artımla dördüncü pilləyə yüksəlib.

ONS adları doğum haqqında sənədlərdə qeyd olunan dəqiq yazılışa əsasən ayrıca hesablayır. Buna görə eyni adın fərqli transliterasiya variantları birləşdirilmir. “Mohammed” yazılışı 1712 körpə ilə 20-ci, “Mohammad” isə 895 körpə ilə 55-ci yerdə qərarlaşıb.

Ümumilikdə, 2025-ci ildə İngiltərə və Uelsdə 300 715 oğlan və 284 681 qız olmaqla 585 396 canlı doğum qeydə alınıb. Qızlar arasında isə Olivia” 2 386 nəfərlə onuncu il ardıcıl ən populyar ad olub.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.