Amerikalı aktrisa Meqan Foks oktyabrın 9-da “OnlyFans”-a bənzər “Subs.com” platformasında ödənişli səhifəsini istifadəyə verib və eyni zamanda platformanın ortaq sahiblərindən biri olduğunu açıqlayıb. İlk gündə böyük istifadəçi axını saytın işində fasilələrə səbəb olub.
MSNews.az xəbər verir ki, “Subs.com”-un həmtəsisçilərindən biri “OnlyFans”-ın yaradıcılarından və keçmiş rəhbərlərindən Tim Stokelydir. Şirkətin açıqlamasına görə, Foks platformaya sadəcə kontent yaradıcısı kimi deyil, sahiblik payı olan tərəfdaş kimi qoşulub.
Aktrisanın səhifəsində aylıq abunə haqqı 19,99 dollar müəyyən edilib. Platformada eksklüziv foto, video və şəxsi paylaşımlar təqdim olunur, bəzi materiallar isə ayrıca ödənişlidir. Foksun rəsmi profilində ayrıca kontent üçün 18, 44 və 88 dollarlıq qiymətlər də görünür.
“Page Six” yazır ki, açılışdan dərhal sonra “meganfox.world” ünvanına böyük istifadəçi axını olub və sayt bir neçə dəfə işləməyib. Foks özü də sosial şəbəkədə pərəstişkarlarına müraciət edərək yüksək trafik səbəbindən texniki problemlərin yarandığını bildirib.
Foks qərarını öz kontenti, auditoriyası və ictimai imici üzərində daha çox nəzarət əldə etmək istəyi ilə izah edib. O bildirib ki, qadınların illərlə “görünürlük gücdür” mesajı aldığını, amma platforma və auditoriyanın çox vaxt başqa şəxslərə məxsus olduğunu düşünür.
“Subs.com” Foksun iştirakı ilə özünü birbaşa yaradıcı–auditoriya modeli üzərində qurulan platforma kimi təqdim edir. Tim Stokely də bildirib ki, aktrisa sadəcə platformada səhifə açmayıb, eyni zamanda onun inkişafında qərarverici tərəf kimi iştirak edəcək.