Kanada millisinin DÇ-2026-nın 1/8 finalında Mərakeşə məğlubiyyətindən sonra sosial şəbəkələrdə maraqlı zarafat gündəm olub.
MSNews.az xəbər verir ki, kanadalı azarkeşlər zarafatla komandanın turnirdən kənar qalmasında Monreal Universitetini “günahkar” adlandırıblar. Sosial şəbəkələrdə yayılan iddiaya görə, 1994-cü ildə universitet Mərakeş əsilli fizika müəllimi Mehmed Bununu işdən çıxarıb və bundan sonra o, ailəsi ilə birlikdə Kanadadan Mərakeşə qayıdıb.
Bu hadisədən illər sonra onun oğlu — Kanadanın Monreal şəhərində doğulan Yassin Bunu Mərakeş millisinin qapıçısı kimi Kanada yığmasına qarşı çıxış edib.
Mənbənin məlumatına görə, Bunu 1991-ci il aprelin 5-də Monrealda doğulub. Onun atası Mehmed Monrealda fizika müəllimi, anası Maika isə bərbər kimi çalışıb. Ailə bir neçə il Kanadada yaşadıqdan sonra Kasablankaya qayıdıb.
Qeyd edək ki, Mərakeş Kanada üzərində 3:0 hesablı qələbə qazanaraq DÇ-2026-nın 1/4 finalına yüksəlib. Oyunda Azzedine Ounahi dubl edib, daha bir qolu isə Soufiane Rahimi vurub. Kanada isə mundialla vidalaşıb. (Гардиан)