Azərbaycan Prezidenti İlham Əliyev Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
MSNews.az xəbər verir ki, 19 noyabr 2026-cı il tarixli sərəncama əsasən, Məleykə Mehdi qızı Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək BDU-nun rektoru təyin olunub.
Prezidentin digər sərəncamı ilə Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.
Qeyd edək ki, Məleykə Abbaszadə 2000–2016-cı illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edib. 2016-cı ildən Dövlət İmtahan Mərkəzinin sədri, 2024-cü ildən isə qurumun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Elçin Babayev isə 2019-cu ildə BDU-nun rektoru təyin edilmiş, 2024-cü ildə yenidən bu vəzifəyə təyinat almışdı.