Novruzəli Yusubzadə: “İsrail seçkilərindən sonra İranla yeni gərginlik yarana bilər”
QAFSAM eksperti Novruzəli Yusubzadə İsraildə 27 oktyabr seçkiləri ərəfəsində siyasi qüvvələr balansını və seçkidən sonra İranla mümkün yeni qarşıdurma ssenarisini şərh edib.
Keçmiş general Netanyahu üçün əsas rəqibə çevrilir
“The Wall Street Journal” yazır ki, İsrail Ordusunun keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkotun mərkəzçi “Yaşar” partiyası sürətlə populyarlaşır. Sorğular onun Netanyahu-nun “Likud” partiyası ilə təxminən eyni səviyyəyə çatdığını göstərir.