Türkiyədə “Nuhun gəmisi” ərazisində yeraltı anomaliyalar aşkarlanıb

Ağrının Doğubayazıt rayonundakı Durupınar formasiyasında aparılan radar tədqiqatları yeraltında boşluqlar və düz bucaq altında kəsişən strukturlar aşkarlayıb. Tədqiqatçılar nəticələrin yaxın aylarda laborator analizlərlə dəqiqləşdiriləcəyini bildirirlər.

“Lənətlənmiş” Hekshem başlarının sirri: qədim artefakt, yoxsa 1950-ci illərin oyuncağı?

1971-ci ildə İngiltərənin Hekshem şəhərində tapılan iki kiçik “daş baş” onilliklərdir paranormal əhvalatlarla əlaqələndirilir. Lakin arxiv sənədləri və geoloji analizlər onların qədim kelt artefaktı deyil, müasir sementdən hazırlanmış əşyalar ola…