Almaniya Niderlandı darmadağın etdi
UEFA Millətlər Liqasında Almaniya Niderlandı 5:0 hesabı ilə məğlub edərək A Liqasının 2-ci qrupunu lider tamamlayıb. Florian Virtsin iki qol vurduğu qarşılaşmada Almaniya ikinci hissədə rəqib qapısından dörd top keçirib.