Misir Səudiyyəyə hərbi yardım qərarını təxirə saldı

Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsi ilə bağlı səsverməni oktyabrın 26-na təxirə salıb. Prezident Əbdülfəttah əs-Sisi isə Ər-Riyadın təhlükəsizliyinin qorunmasına dəstək verməyə hazır olduğunu açıqlayıb.