BMT Baş katibi Antonio Qutyerreş Ermənistana səfər edib

BMT-nin Baş katibi Antonio Qutyerreş oktyabrın 15-də Ermənistana gəlib. O, İrəvanda keçiriləcək COP17 sammitində iştirak edəcək, Baş nazir Nikol Paşinyan və Prezident Vaaqn Xaçaturyanla görüşəcək.

64

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Qutyerreş oktyabrın 15-də Ermənistana səfərə gəlib. Səfərin əsas məqsədi İrəvanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyası üzrə Tərəflər Konfransının (COP17) liderlər sammitində iştirak etməkdir.

MSNews.az xəbər verir ki, bu barədə Ermənistanın “Armenpress” dövlət xəbər agentliyi məlumat yayıb.

BMT Baş katibinin təyyarəsi gecə saatlarında İrəvanın Zvartnots Beynəlxalq Hava Limanına enib. Antonio Quterreşi hava limanında Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.

Səfər çərçivəsində BMT rəhbərinin Ermənistanın yüksək vəzifəli rəsmiləri ilə bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.

BMT-nin açıqlamasına əsasən, Quterreş Ermənistanın Baş naziri Nikol Paşinyan və Prezident Vaaqn Xaçaturyanla görüşəcək. Tərəflərin BMT ilə Ermənistan arasında əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinə toxunacağı gözlənilir.

Antonio Quterreşin səfəri Ermənistanda keçiriləcək beynəlxalq ekoloji tədbirlə əlaqədardır. COP17 çərçivəsində liderlər sammiti oktyabrın 16-da baş tutacaq. Bioloji Müxtəliflik haqqında Konvensiyanın Tərəflər Konfransının əsas iclasları isə oktyabrın 19-dan 30-dək davam edəcək.

Sammitdə biomüxtəlifliyin qorunması, ekosistemlərin mühafizəsi, iqlim dəyişikliyinin təsirləri və davamlı inkişaf məsələlərinin müzakirəsi nəzərdə tutulur.

BMT-nin məlumatına görə, Quterreş tədbirdə çıxış edərək iqlim böhranı, ərzaq təhlükəsizliyi və biomüxtəlifliyin azalması kimi problemlərin bir-biri ilə əlaqəsinə diqqət çəkəcək.

Quterreşin Ermənistana səfərinin oktyabrın 15–16-da davam etməsi nəzərdə tutulur. Səfər çərçivəsində onun vətəndaş cəmiyyəti və gənclərin nümayəndələri ilə də təmasları planlaşdırılıb.
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.