İrəvanda COP17 sammiti keçirilir

Ermənistanın paytaxtı İrəvanda COP17 çərçivəsində liderlərin sammitinin açılış mərasimi keçirilir. Gürcüstanın Baş naziri, Qazaxıstan və Qırğızıstan prezidentləri Ermənistana səfər ediblər. Tədbirin gündəmində biomüxtəlifliyin qorunması və beynəlxalq əməkdaşlıq dayanır.

Konqoda narıncı dodaqlı yeni meymun növü aşkarlandı

Konqo Demokratik Respublikasının Lomami Milli Parkında “Likweli” adlandırılan yeni meymun növü müəyyən edilib. Colobus congoensis gur nəriltiləri və narıncı-krem rəngli ağız nahiyəsi ilə fərqlənir.