Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnamın paytaxtı Hanoyda ölkənin Baş naziri Le Minh Hunq ilə görüşüb.
MSNews.az xəbər verir ki, görüş Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri çərçivəsində, Hanoyda hökumət iqamətgahında baş tutub. Bu barədə “Vyetnam Xəbər Agentliyi” (VNA) də məlumat yayıb.
Görüşün müzakirə mövzuları və əldə olunan razılaşmalar barədə hələlik ətraflı məlumat açıqlanmayıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti noyabrın 19-da Vyetnama rəsmi səfərə gəlib. Səfər noyabrın 21-dək davam edəcək.






