İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi

Prezident İlham Əliyev Vyetnama rəsmi səfəri çərçivəsində Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib. Dövlət başçısı məqbərənin önünə əklil qoyub.

29

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnamın paytaxtı Hanoyda ölkənin qurucusu Ho Şi Minin məqbərəsini ziyarət edib.

MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında məlumat yayımlanıb.

Ziyarət zamanı məqbərənin qarşısında fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev Ho Şi Minin xatirəsini ehtiramla yad edərək məqbərənin önünə əklil qoyub.

Qeyd edək ki, dövlət başçısı noyabrın 19-da Vyetnama rəsmi səfərə gəlib. Prezident İlham Əliyev səfər çərçivəsində Hanoydakı “İnqilab şəhidləri” abidəsini də ziyarət edib.